• Bakı 20° C

    5.85 m/s

Qanunsuz küçə ticarəti ilə məşğul olan satıcılar cərimələndi

HADİSƏ

17 Aprel 2022 | 17:04

Qanunsuz küçə ticarəti ilə məşğul olan satıcılar cərimələndi

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.

Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıblar. Ümumilikdə qanunsuz küçə ticarəti ilə məşğul olan 21 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü (Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin görülməsinə görə) maddəsi ilə protokol tərtib olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026