• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Poçt müdiri beş aya 25 min mənimsədi

HADİSƏ

17 May 2022 | 12:24

Poçt müdiri beş aya 25 min mənimsədi

Bakıda poçt müdiri 25 min manata yaxın dövlət vəsaitini mənimsəyib.

Binəqədi rayon prokurorluğundan Bakıvaxtı.az-a bildirilib ki, “Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində nağd pul vəsaitləri ilə  bağlı çatışmazlığın yaranmasına dair daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Həmin poçtun sabiq müdiri Gülnarə Xəlilovanın işlədiyi (12.07.2021-09.12.2021) tarixlərdə şöbənin xəzinəsində olan 16 min 500 manat və 4 min 500 dollar (7650 manat) məbləğində pulu mənimsəməsinə  əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı mənimsəmə ittihamı ilə cinayət işi başlanıb. İstintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR