• Bakı 19° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Münaqişə qətllə bitdi

HADİSƏ

16 Iyun 2022 | 09:47 | Müəllif: Qalib İbrahimoğlu

Münaqişə qətllə bitdi

Gədəbəy rayonunda 59 yaşlı kişi qətlə yetirilib.

Bu barədə Bakıvaxtı.az Gədəbəy Rayon Prokurorluğundan bildirilib. Qeyd olunub ki, iyunun 15-i saat 15 radələrində 1963-cü il təvəllüdlü Məsim Pirverdiyevin Gədəbəy rayonu ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1964-cü il təvəllüdlü Mahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Məsim Pirverdiyevə ürək nahiyəsindən bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026