• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Gədəbəydə ağır avtomobil QƏZASI - 6 nəfər...

HADİSƏ

15 Iyun 2022 | 21:39

Gədəbəydə ağır avtomobil QƏZASI - 6 nəfər...

Gədəbəydə beşi bir ailənin üzvü olmaqla 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində, Şəmkir rayon sakinləri, 1989-cu il təvəllüdlü T.Qəhramanov, onun həyat yoldaşı, 1994-cü il təvəllüdlü D.Qəhrəmanov onların övladları, 2018-ci il təvəllüdlü İ.Qəhramanlı, 2013-cü il təvəllüdü A.Qəhramanlı və 2012-ci il təvəllüdlü A.Qəhramanlı həmçinin digər avtomobildə olan, Gədəbəy rayon sakini, 1992-ci il təvəllüdlü R.Abdullayev xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026