• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda məktəbli bıçaqlandı

HADİSƏ

17 May 2022 | 15:47 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda məktəbli bıçaqlandı

Bakıda 11-ci sinif şagirdi bıçaqlanıb.

Bakıvaxtı.az bildirir ki, APA-nın xəbərinə görə, bıçaqlanan məktəbli Nizami rayonu 214 nömrəli məktəbin 11-ci sinif şagirdidir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev faktı təsdiqləyib.

E.Hacıyev bildirib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı müvafiq polis bölməsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026