“Azərbaycan xalqı Kürəkçay müqaviləsindən sonra müxtəlif ideologiya və formasiyalarda İrəvandan Qarabağa qədər böyük əraziləri itirib müstəqilliyin bərpasının 32-ci ilində “Böyük qayıdış” idealı ətrafında birləşməyə başlayır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Qərbi Azərbaycan yolunda” adlı konfransa deputat Zahid Oruc deyib.
Onun sözlərinə görə, hərbi zəfərimiz olmasaydı, yeni ideoloji-siyasi hədəflər də meydana çıxmazdı: “Bəli, qaydış yalnız itirilmiş torpaqlara və doğma yurda dönüş deyil, mənəvi və mədəni dəyərlərə, ənənələrə, əcdadlarına irsinə və yaratdılqarı mirasın hifz olunmasına, bir sözlə öz varlığına və kimliiynə sahib çıxmaq deməkdir. Biz heç bir qonşu dövlətə hücum və ərazi iddiaları ilə yaşamırıq, çünki Azərbaycanın könül və siyasi coğrafiyasının 86.6 min kvadrat kileometrdən daha böyük olduğunu gələcək nəsillərə ötürərək onların kollektiv, yaddaşını canlı tutmaq ən böyük vəzifədir”.
Z.Oruc bildirib ki, Qarabağ milli səfərbərlik idealı olduğu kimi, İrəvana dinc, sülhpərvər və qanuni qayıdış da xalqımızı bütövləşdirmək, vahidliyini qorumağa xidmət edir: “Qarabag davası İrəvandan başlanmışdı, orada da bitəcək, Bakı və İrəvan yenidən mədəni, ticari və siyasi bağlarla birləşəcək”.
Aytac Aslan















