• Bakı 22° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

“Qarabağ”ın rəqibləri bəlli oldu

İDMAN

09 Iyun 2026 | 20:35

“Qarabağ”ın rəqibləri bəlli oldu

“Qarabağ”ın 2026/2027-ci illər mövsümünə hazırlıq planı bəlli olub.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadla xəbər verir ki, iyunun 10-da Bakıda bir araya gələcək Ağdam təmsilçisi hazırlığın ilk mərhələsini paytaxtda keçirəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.

“Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq. Hazırlığın ikinci mərhələsi Tirol əyalətində olacaq və iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. “Qarabağ” iyunun 27-də Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

“Qarabağ” iyulun 1-də iki görüşə çixacaq. Komanda əvvəlcə Ukraynanın “Metallist”, ardınca isə Macarıstanın "Ferensvaroş" klubu ilə üz-üzə gələcək. Matçlar müvafiq olaraq, saat 15:00 və 20:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR