• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Qavi “Çelsi”yə keçə bilər

İDMAN

11 Aprel 2023 | 17:02

Qavi “Çelsi”yə keçə bilər

“Barselona”nın futbolçusu Qavi “Çelsi”yə keçə bilər.

Bakıvaxtı.az xəbər verir ki, London klubunun nümayəndələri üç həftə əvvəl ispan yarımmüdafiəçinin agenti ilə görüşüblər. Onlar müzakirələri davam etdirmək üçün yaxın günlərdə yenidən bir araya gələcəklər.

“Çelsi” Qavini azad agent kimi heyətinə cəlb etmək və komandanı onun liderliyi altında qurmaq istəyir. “Barsa” Qavinin peşəkar müqaviləsini qeydiyyatdan keçirə bilmədiyi üçün o, yayda komandadan pulsuz gedə bilər. 18 yaşlı futbolçu klubun məsələyə yanaşmasından narazıdır. Onun fikrincə, “Barselona” problemi həll etmək üçün kifayət qədər ciddi cəhd göstərmir.

Qavi bu mövsüm 27 matçda bir qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026