• Bakı C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 2.0244

    RUB - 2.2001

Qaz olmayan məktəbləri qızdırmaq üçün 7.4 milyon manat xərclənəcək

CƏMİYYƏT

11 Fevral 2026 | 13:33

Qaz olmayan məktəbləri qızdırmaq üçün 7.4 milyon manat xərclənəcək

Elm və Təhsil Nazirliyinin (ETN) Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bərk bioyanacaq-ağac peletinin və odun yanacağının satın alınması üçün tender elan edib.

Bakıvaxtı.az oxu.az-a istinadla xəbər verir ki, nazirlik bunun müqabilində 7 milyon 439 min 695.27 manat ödəməyi planlaşdırır.

Tender nəticəsində ETN 10 070 ton bərk bioyanacaq - ağac peleti (daşınma daxil olmaqla) və 1 038.5 kubmetr odun yanacağı (daşınma daxil olmaqla) əldə edəcək.


SON XƏBƏRLƏR