Qazaxda məktəblini bıçaqlayan şəxs tutulub.
Bakıvaxtı.az-ın "unikal"a istinadən məlumatına görə, Qaraca Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
***
12:39
Qazaxda məktəblini bıçaqlayan şəxsin kimliyi müəyyənləşib.
Bakıvaxtı.az "unikal"a istinadla bildirir ki. hadisəni törədən məktəbin 10-cu sinif şagirdi, 2006-cı il təvəllüdlü Vəliyev Qaraca Namiq oğludur.
***
12:02
Qazaxda bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, hadisə Qazax şəhəri 2 saylı orta məktəbdə baş verib.
Məktəbin 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Yolçuyev Yunis Xəqani oğlu sinif yoldaşı tərəfindən bıçaqlanıb.
















