Qəbələ rayonunun Nic qəsəbəsində yanğın olub.
Bakıvaxtı.az FHN-nin saytına istinadən bildirir ki, ümumi sahəsi 252 m² (hər mərtəbəsi 126 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















