• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qəbiristanlıqdan oğurluq

CƏMİYYƏT

23 Noyabr 2023 | 09:20

Qəbiristanlıqdan oğurluq

Lənkəranda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.

Lənkəran şəhəri ərazisində yerləşən qəbiristanlıqlardan birindən 30-dan artıq məzarın ətrafına çəkilən metal məhəccərlərin oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Roman Kornev müəyyən edilərək saxlanılıb.

Oğurladığı məhəccərlər onun gizlətdiyi yerdən aşkarlanıb və məzarların ətrafının bərpa olunması təmin edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026