• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Metronun bu yarımstansiyası yenidən qurulacaq

CƏMİYYƏT

22 Dekabr 2023 | 18:39 | Müəllif: Subhan Mahmudov

Metronun bu yarımstansiyası yenidən qurulacaq

Avstriyanın "Siemens" şirkətinin rəhbərliyi və texniki mütəxəssislərindən ibarət qrup "Bakı Metropoliteni" QSC-də işgüzar səfərdə olublar.

QSC-dən Bakıvaxtı.az-a bildirilib ki, son illərdə enerji sahəsində səmərəli əməkdaşlıq aparılan şirkətin təmsilçilərinin səfərində əsas məqsəd birgə layihələr əsasında istismara verilən qurğu və avadanlıqların birgə monitorinqini keçirmək, proqram təminatını yeniləmək, həmçinin inşa edilən və yenidən qurulan obyektlərin təchizatı, eləcə də digər perspektiv planları müzakirə etmək olub.

"Siemens"lə əməkdaşlıq çərçivəsində "Nərimanov" elektrik deposunda 2 yeni, Qırmızı xətti qidalandıran bir dartı, "İçərişəhər" və Bənövşəyi xəttin "8 Noyabr" stansiyalarında quraşdırılmış və ən müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalara baxış keçirilib.

Şirkətin Azərbaycan nümayəndəliyinin də əməkdaşlarının iştirak etdiyi görüşlərdə yarımstansiyalarda qurulmuş elektrotexniki avadanlıqların monitorinqi nəticəsində elektrik təchizatı avadanlıqlarının iş rejimi və keyfiyyəti də yoxlanılıb.

Qarşıdakı dövrdə icra olunacaq planlara əsasən, "28 May" yarımstansiyasının yenidən qurulması, tikilməkdə olan şərti adı "B-04" olan yarımstansiyanın təchizatı, proqram təminatı ətrafında texniki işlərin yekun mərhələsi üzrə işlər də diqqət mərkəzində olub.

"28 May" yarımstansiyasının qurğu və avadanlıqları artıq Azərbaycana yola salınıb. 2024-cü ildə yarımstansiyanın tam fərqli formatda qurulması nəzərdə tutulub. Bu xüsusda dövrün artan enerji tələbatı, müasir standartların tələbləri və digər texniki məsələlər xüsusi nəzərə alınıb.

Quraşdırma işlərinə başlanarkən, ictimaiyyətə geniş məlumat təqdim ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026