• Bakı 12° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ələt-Astara yolunun kənarından avtomat tapıldı

CƏMİYYƏT

22 Dekabr 2023 | 19:09 | Müəllif: Subhan Mahmudov

Ələt-Astara yolunun kənarından avtomat tapıldı

Ələt-Astara yolunun kənarından "Kalaşnikov" avtomatı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "AK-74" markalı avtomat aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən 9 ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR