• Bakı 12° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Niderlandda Qərbi Azərbaycan müzakirəsi - FOTOLAR 

SİYASƏT

25 Mart 2024 | 16:48 | Müəllif: Qalib İbrahimoğlu

Niderlandda Qərbi Azərbaycan müzakirəsi - FOTOLAR

Niderland Krallığının Rotterdam şəhərində “Qərbi Azərbaycan tarixi Türk torpaqlarıdır” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə düzənlənən konfransda Niderlandda Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların üzvləri, diaspor fəalları, Türkiyə və İraq icmalarının təmsilçiləri iştirak edib. 

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi böyük ehtiramla yad olunduqdan sonra Dövlət Himni səsləndirilib. 

BAK sədri Elsevər Məmmədov 44 günlük Vətən savaşında qazanılan tarixi qələbədən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm layihələrdən danışaraq bildirib ki, dünyanın müxtəlif yerlərində yaşayan diaspor üzvləri bu uğurları böyük qürur hissi ilə qarşılayır. Elsevər Məmmədov tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış konsepsiyası və onun perspektivləri barədə geniş məlumat verib. 

BAK sədrinin müavini Sima Cəfərova, qurumun sözçüsü Gülnarə Əliyeva Qərbi Azərbaycan əraziləri, tarix boyu burada yaşanan hadisələr, ermənilərin Zəngəzurda törətdikləri vəhşiliklər barədə çıxış ediblər. 

Hollanda Türk Federasyon başkanı Murad Gedik, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, “Ana Vətən” Avropa Azərbaycanlıları Qadınları Birliyinin sədri Mayisə Ağamirzəyeva fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. 

Qərbi Azərbaycan İcmasının üzvü, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev Avropada belə konfransların keçirilməsinin əhəmiyyətindən danışıb, diaspora üzvlərinin Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşması istiqamətində fəallıq göstərməyə çağırıb. 

Aynur Məmmədova Qərbi Azərbaycandan deportasiya olunduğu zaman keçirdiyi hissləri konfrans iştirakçıları ilə bölüşüb, yazıçı-publisist Yasəmən Qara isə tədbirin qonaqları qarşısında şeirlərini oxuyub. 

Sonra Zəngəzur hadisələrindən bəhs edən sənədli film nümayiş olunub, fikir mübadiləsi aparılıb.  


Niderlandda Qərbi Azərbaycan müzakirəsi - FOTOLARNiderlandda Qərbi Azərbaycan müzakirəsi - FOTOLARNiderlandda Qərbi Azərbaycan müzakirəsi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026