• Bakı C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 2.0243

    RUB - 2.2016

Qətl törətməkdə təqsirləndirilən yeniyetməyə hökm oxundu

CƏMİYYƏT

10 Fevral 2026 | 13:15

Qətl törətməkdə təqsirləndirilən yeniyetməyə hökm oxundu

Bakıda qətl törətməkdə təqsirləndirilən 16 yaşlı Y.Q-nin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Prosesin davamımda çıxış edən dövlət ittihamçısı təqsirləndirilən yeniyetmənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Y.Q. 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Emil Əliyevin qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Araşdırmalarla Emil Əliyevin qeyri-rəsmi nigahda yaşadığı qadının 16 yaşlı oğlu yərəfindən bıçaqlanaraq qətlə yetirilməsi müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb, 16 yaşlı yeniyetmə saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR

09 Fevral 2026