BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 35-ə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Agentliyinin (UNRWA) mətbuat xidməti məlumat yayıb.
"Oktyabrın 7-dən bəri UNRWA-nın daha altı əməkdaşının öldürüldüyü təsdiqlənib", - təşkilatın bəyanatında deyilir.
Bildirilir ki, münaqişə başlayandan indiyədək son 24 saat ərzində ikisi də daxil olmaqla, təşkilatın ümumilikdə 40 obyekti zədələnib.
















