• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Quş qripi” qayıdır

CƏMİYYƏT

03 Oktyabr 2022 | 16:57 | Müəllif: Qalib İbrahimoğlu

“Quş qripi” qayıdır

İngiltərə tarixində ən böyük “quş qripi” epidemiyasının yayılma təhlükəsi ilə üz-üzədir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu günə qədər 3 milyondan çox quş məhv edilib. İngiltərənin cənub-qərbində də quş qripinin qarşısının alınması üçün tədbir görülür. Böyük Britaniyada 155 yerdə quş qripi aşkarlanıb. Sentyabrın 27-dən İngiltərədə Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Departamenti quş qripinin qarşısının alınması üçün ciddi şəkildə fəaliyyətə keçib. “Quş qripi” hansı yollarla yayılır? Qarşısı necə alına bilər?

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a buildirib ki, “quş qripi” də koronavirus kimi tənəffüs yolları infeksiyasıdır: “Heyvandan insana və eləcə də, insandan insana ötürülmə xüsusiyyəti var”.

Onun sözlərinə görə, qarşısının alınması üçün, ilk öncə kənd təsərrüfatı heyvanlarına nəzarət aparılmalıdır. Xəstəlik halı aşkarlandıqda lazımi tədbirlər görülməlidir.

İnfeksionist deyib ki, xəstəlik halı insanda baş verərsə, eynilə koronavirusda olduğu kimi, şəxs dərhal karantinə alınmalı və peşəkar tədbirlər fonunda müalicə aparılmalıdır.

İnfeksionist Mərdan Əliyev isə Bakıvaxtı.az-a bildirib ki, “quş qripi” tənəffüs yollarının kəskin xəstəliklərindəndir, yuxarı tənəffüs yollarının infeksiyasını törədir: “Bu, bildiyimiz qripin növlərindən biridir, əsasən, quşlarda rast gəlinir. Quşlardan asanlıqla insana yoluxan virus infeksiyasıdır. Əsas köçəri quşlarda rast gəlinir, həmin köçəri quşların qrip xəstəliyidir. Köç prosesində ev quşları ilə təmasda olarsa, ev quşlarına yoluxur”.

Müsahibimiz vurğulayıb ki, qorunmaq üçün xəstə quşlarla təmasda olmamaq lazımdır: “Dövlət tərəfindən də xəstə quşların müəyyən olunub analiz olunması, “quş qripi” olanların məhv edilməsi lazımdır. Təbii ki, çöl quşlarını məhv etmək həm düzgün, həm də mümkün deyil. Amma ev quşlarının məhv edilməsi vacibdir ki, ordan insanlara yoluxmasın”.

Onun sözlərinə görə, insandan insana yoluxmasının qarşısının alınması üçün isə bildiyimiz karantin tədbirləri lazım olacaq: “Digər insanları yoluxdurmaması üçün xəstə insanların müalicə və təcrid olunması lazımdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026