"Bu gün Azərbaycanda əhalinin təxminən 50 faizi vaksinasiyadan keçib"
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, koronavirusa qarşı müqavimətin artması da kollektiv immunitetin formalaşması ilə bağlıdır. T.Eyvazov deyib ki, bu, iki yolla yaranır. Ya insan xəstələnib sağalır, ya da vaksinasiya olunur.
T.Eyvazov bildirib ki, xəstələnənlərin sayı 800 mindən bir qədər yuxarıdır. İnfeksionistə görə, bu, onu göstərir ki, kollektiv immunitetin formalaşmasında əsas təsir edən faktor vaksinlərdir.
"Koronavirusun yeni mutasiya olunmuş ştamları meydana gələ bilər. Virusun təkamülü baş verir. Bunun necə gedəcəyi məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib. Yəqin ki, müəyyən vaxtdan sonra bu məsələlərə baxılacaq və pandemiyanın bitməsi ilə bağlı qərarlar qəbul olunacaq", - deyə Təyyar Eyvazov qeyd edib.




jpg-1669979720.webp)











