• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Deputat dövlət və özəl şirkətlər arasında məhkəmələrdən DANŞDI

CƏMİYYƏT

02 Dekabr 2022 | 12:32 | Müəllif: Qalib İbrahimoğlu

Deputat dövlət və özəl şirkətlər arasında məhkəmələrdən DANŞDI

““Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun bizdə uzun illərdir ki, qəbul olunmasa da mövcud olub. Belə ki, dövlət qurumlarının hər biri tenderlərdə öz yaxınlarını qalib edilər”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa səsləndirib.

“Bakı-Quba yolunu gedərkən, bu durumu daha yaxşı anlayırıq. Bu qanun layihəsinin niyyəti yaxşıdır, lakin əsas məsələ qanunun necə işləməsidir" deyən Fazil Mustafanın sözlərinə görə, əgər biz özəl şirkətlərin hüquqlarının qorunmasını təmin etməsək, heç bir nəticə əldə etməyəcəyik.

"Bundan əlavə, bizə dövlət qurumları və özəl şirkətlər arasında gedən məhkəmə çəkişmələrinin statsitikası təqdim edilsə görərdik ki, sahibkarların xeyrinə qərarların nisbəti heç 5%-i keçmir”, - deyə deputat əlavə edib.

Nuranə Daxilqızı

​​​​​​​


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026