• Bakı 22° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Daha çox bu dərmanlardan zəhərlənirik - Həkim XƏBƏRDARLIQ ETDİ

CƏMİYYƏT

02 Dekabr 2022 | 15:24

Daha çox bu dərmanlardan zəhərlənirik - Həkim XƏBƏRDARLIQ ETDİ

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.

Belə ki, Mərkəzin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, müraciət edən 900 nəfərdən 127-i nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 73-ü dərmandan, 18-i sirkə turşusundan, 7-si dəm qazından, 9-u alkoqollu içkidən, 6-sı göbələkdən, 6-sı botulizmdən zəhərlənib. Digərlərindən 3-ü anaflaksiya, 3-ü allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 1-ni ilan, 1-ni isə həşarat sancıb.

Zəhərlənən şəxslərin 43-ü qadın, 46-sı kişi, 38-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 2 nəfər sirkə turşusundan, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 2-si kişidir.

Açıqlamadan da göründüyü kimi, ən çox zəhərlənmə dərmandan olub. Dərman zəhərlənməsi nə vaxt baş verir?

Daxili xəstəliklər uzmanı Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, zəhərlənmələrin önəmli bir qismini dərman zəhərlənmələri təşkil edir: “Dərman zəhərlənmələri ən çox xroniki xəstəliyi olan insanlarda baş verir. Yəni, uzun müddət dərman qəbul etdikdə zəhərlənmə baş verə bilir. Məsələn, ürək çatışmazlığl olan xəstələr müəyyən dərman pereparatı istifadə edir. Bu pereparatı zaman-zaman, ən azı ayda bir dəfə analiz götürdükdən sonra pasiyentə yazırıq. Amma xəstələr bunu etmədiyinə görə dərman zəhərlənməsi ilə bizə müraciət edə bilirlər”.

Onun sözlərinə görə, səbəblərdən biri də bəzi dərmanların yüksək dozada istifadə edilməsidir. Bunlar da dərman zəhərlənməsinə səbəb ola bilir. Ona görə, dərmanların terapevtik dozası var.

“Dərmanları həkim məsləhətinə uyğun bu dozada istifadə etmək lazımdır. Həkim deyir ki, dərmanları bilmədən apteklərdən alıb istifadə etdikdə də zəhərlənmələr verə bilir. Qeyd edib ki, ən çox antibiotik və ağrıkəsiciləri yüksək dozada istifadə etdikdə bu baş verir, hətta böyrək çatışmazlığı da yarana bilir. Böyrək çatışmazlığı inkişaf etdikdən sonra xəstələr ürək bulanma və qusma ilə həkimə müraciət edirlər. “Ona görə, dərman pereparatları həkim məsləhətinə uyğun dozada qəbul olunmalıdır. Həkim məsləhəti olmadan dərman pereparatlarının aptekdən alınıb özbaşına istifadə olunmasına yol verilməməlidir”, - deyə Həbib Sahratov əlavə edib.

Aytac Aslan


SON XƏBƏRLƏR

19 Aprel 2024