• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qubada evdə partlayış: ana və qızı xəsarət aldı

HADİSƏ

28 Fevral 2024 | 10:42

Qubada evdə partlayış: ana və qızı xəsarət aldı

Qubanın Talabıqışlaq kəndində evdə baş verən partlayış zamanı iki nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, partlayış nəticəsində xəsarət alan Humay Əliyeva və onun qızı Şükran Atayeva təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Quba Müalicə Diaqnostika Mərkəzində müalicə alan yaralılar bədənlərinin müxtəlif hissələrindən yanıq xəsarətləri alıblar.

İlkin ehtimala görə, hadisə qaz cihazları ilə ehtiyatsız davranma səbəbindən baş verib. Dəqiq səbəb araşdırmalardan sonra məlum olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026