• Bakı 22° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Şirvanda narkokuryer saxlanıldı - FOTO

HADİSƏ

29 Mart 2024 | 08:51

Şirvanda narkokuryer saxlanıldı - FOTO

Şirvanda əcnəbi vətəndaşa narkokuryerlik etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Amid Xələfov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan şəxsin üzərindən çəkisi 4 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.

    Araşdırmalarla A.Xələfovun sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.

    Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti yayıb.

    Araşdırmalar davam etdirilir.


    SON XƏBƏRLƏR

    27 Aprel 2024