• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ölümlə nəticələnən yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

HADİSƏ

06 Yanvar 2025 | 09:21 | Müəllif: Subhan Mahmudov

Ölümlə nəticələnən yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Qusar rayonunda ölümlə nəticələnən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, "Nissan Patrul" markalı avtomaşının sürücüsü, 1982-ci il təvəllüdlü Əziz Əliyev və onun qızı Adel Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma davam etdirilir.

***

05.01.2025 22:11

Qusarda dumanlı hava şəraiti ölümlə nəticələnən qəzaya səbəb olub.

Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunda baş verib.

Belə ki, hava şəraitinin dumanlı olması səbəbdən “Nissan Patrul” markalı minik avtomobili ötmə əməliyyatı edərkən idarəetməni itirərək hərəkətdə olan “Mersedes Viano” markalı sərnişin mikroavtobusuna dəyib, daha sonra isə yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı Bakı şəhər sakini, 2014-cü il təvəllüdlü Ə.Z hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026