• Bakı C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.789

    RUB - 1.5962

Reuters: ABŞ 140 Çin şirkətinə məhdudiyyət tətbiq edəcək

DÜNYA

02 Dekabr 2024 | 14:45

Reuters: ABŞ 140 Çin şirkətinə məhdudiyyət tətbiq edəcək

ABŞ 140 Çin şirkətinə yarımkeçirici məhsulların tədarükünü qadağan edəcək

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ Çinin yarımkeçirici sənayesinin inkişafının qarşısını almaq məqsədi daşıyan tədbirlər çərçivəsində 140 Çin şirkətinə öz məhsullarının tədarükünə məhdudiyyətlər qoymaq niyyətindədir. 

Məlumata görə, bu qərar xüsusilə "Naura Technology Group", "Piotech" və "SiCarrier Technology" kimi korporasiyalara təsir edəcək. Yeni tədbirlər yaddaş çiplərinin və mikrosxemlərin istehsalı üçün avadanlıqların Çinə ixracını məhdudlaşdırmaq məqsədi daşıyır və müvafiq lisenziya olmadan bəzi Çin şirkətlərinə Amerika məhsullarının tədarükünə qadağa qoyulmasını nəzərdə tutur. 

Yeni qərara çərçivəsində siyahıya daxil olan Çin şirkətləri arasında 20-yə yaxın yarımkeçirici istehsalçısı, iki investisiya şirkəti və yarımkeçirici sənayesində 100-dən çox avadanlıq istehsalçısı var. 

ABŞ-nin çip istehsalı avadanlığının ixracını məhdudlaşdıran yeni tədbirləri Malayziya, Sinqapur, İsrail və Cənubi Koreyada istehsal olunan məhsullara şamil edilir. 

Gülşən Şərif


SON XƏBƏRLƏR