• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Ronaldo ilə birlikdə oynamaq istərdim” - Neymar

İDMAN

12 May 2021 | 16:18

“Ronaldo ilə birlikdə oynamaq istərdim” - Neymar

PSJ-nin futbolçusu Neymar birlikdə oynamaq istədiyi futbolçunun adını açıqlayıb.

Bakivaxti.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı hücumçu, “Yuventus”da çıxış edən Kriştiano Ronaldo ilə birlikdə oynamaq istədiyini deyib:

“Ronaldo ilə birlikdə oynamaq istərdim. Daha əvvəl Lionel Messi ilə oynamışam, indi də Kilian Mbappe ilə bir komandadayam. Lakin hələ Ronaldo ilə birlikdə olmamışam”.

Neymar 2017-ci ildən PSJ-də çıxış edir. 29 yaşlı hücumçu bu mövsüm 28 oyunda 16 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026