• Bakı 16° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"İllik inflyasiya səviyyəsi nominal orta maaşın artımını üstələyir"

İQTİSADİYYAT

16 Noyabr 2022 | 14:59

"İllik inflyasiya səviyyəsi nominal orta maaşın artımını üstələyir"

"Parlamentdə iqtisadiyyat naziri bildirib ki, Azərbaycanda ən son statistikaya görə, əhalinin gəlirlərinin artım tempi inflyasiyanın tempini üstələyir".

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

Ekspert qeyd edib ki, bu arqumentlə razılaşamamaq üçün 3 əksarqument var:

Azərbayacanda inflyasiyanın hesablanması üçün səbətin tərkibi ev təsərrüfatlarının ən son büdcə müayinəsinin nəticələri əsas götürülür. Bu müayinəyə görə, ötən ilin sonuna qida məhsullarının (alkoqollu içkilər+tütün də daxil) əhali istehlakında payı 45% ətrafında olub: "Halbuku Mərkəzi Bankın statisitkası real statistikanın daha yüksək - 56%-ə yaxın olduğunu göstərir. Nəzərə alanda ki, hazırkı reallıqda ərzaq inflyasiyası xidmət və qeyri-qida inflyasiyasından az qala 3 dəfə yüksəkdir, deməli, inflyasiya səbətində ərzağın payının az qala 4-də bir həcmdə azaldılaraq istehlak qiymətləri indeksinin hesablanması inflyasiyanın səviyyəsini əhəmiyyətli dərəcədə təhrif edir".

Ekspert deyib ki, inflyasiya hesablanmasına ərzağın payı Mərkəzi Bankın rəqəminə uyğun götürlsə idi, hazırda orta illik inflyasiya səviyyəsi 13,5% yox, ən azı 16% olacaqdı: "Hələ onu demirəm ki, bizdə inflyasiyanı süni şəkildə azaldan başqa bir amil səbətin tərkibinin bir çox ölkələrlə müqayisədə daha geniş götürülməsidir".

R.Ağayev bildirib ki, Azərbaycanda əhalinin istehlakında ərzaq az qala 60%-ə çatdığı üçün əhalinin real gəlirlərinin hesablanması baxımından istehlak qiymətləri indeksinə yox, ərzaq inflyasiyasına baxmaq lazımdır. Hətta rəsmi məlumata görə, 2022-ci ilin sentyabrın sonuna orta illik inflyasiya 13% olduğu halda, ərzaq inflyasiyası 20%-ə yaxın olub. Ərzaq inflyasiyasının bu səviyyəsi isə orta maaşın artım tempini 6% üstələyib;

"Bir dəfə bu barədə yazmışdım, indi də aktuakdır - bizdə orta illik deyil, illik inflyasiya səviyyəsinə baxmaq lazımdır. Ən son məlumata görə, illik inflyasiya səviyyəsi orta göstəricidən çoxdur və nominal orta maaşın artımını 2%-ə yaxın üstələyir. Sırf bu göstəricidən çıxış etsək, real əmək haqqının ən azı 2% azaldığı, qidanın xüsusi çəkisinin Mərkəzi Bankın statistikasına uyğun götürdükdə isə ən azı 5% azaldığı aydın görünür", - deə Rövşən Ağayev qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026