• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rüfət Quliyev vəzifəsindən AZAD EDİLDİ

CƏMİYYƏT

30 May 2023 | 13:02

Rüfət Quliyev vəzifəsindən AZAD EDİLDİ

Deputat Rüfət Quliyev Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifədən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərarının layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə deputat Kamran Bayramovun namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026