• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Nazirlik Bakı və Abşeron yarımadasındakı tozun miqdarını AÇIQLADI

CƏMİYYƏT

28 Iyun 2023 | 20:36

Nazirlik Bakı və Abşeron yarımadasındakı tozun miqdarını AÇIQLADI

Bu gün Bakı və Abşeron yarımadasında gün ərzində havada toz müşahidə olunur. Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən havada tozun miqdarı 1.5 dəfə normadan yüksək müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilir ki, müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar küləkli hava şəraitində müşahidə olunan lokal xarakterlidir. İyunun 29-da şimal küləyinin mülayimləşməsi nəticəsində tozun konsentratsiyasının azalması proqnozlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026