“Grandmart” supermarketlər şəbəkəsini idarə edən “Grand – Mart” MMC məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, vətəndaş İsmayilov Anar Baxtiyar oğlu Sabunçu Rayon Məhkəməsində “Grand – Mart”a qarşı iddia qaldırıb.
İddia işə bərpa və mənəvi zərərin ödənilməsilə bağlıdır.
Mülki iş hakim Nilufər Cəfərlinin sədrliyilə araşdırılacaq.
“Grand – Mart” MMC-nin təsisçiləri “Az Fast Moving Businness” MMC (50%) və “Unitrade Group” MMC-dir (50%). Cəmiyyətin qanuni təmsilçiliyi Məmmədov Ramil Əşrəf oğluna məxsusdur.
Ramid İbrahimov
















