• Bakı 20° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Rusiyada "Google" internet xidmətinə giriş məhdudlaşdırıldı

DÜNYA

23 Mart 2022 | 23:50

Rusiyada "Google" internet xidmətinə giriş məhdudlaşdırıldı

Rusiyada Ukraynada hərbi əməliyyatın gedişi ilə bağlı yalan məlumatlara çıxışı təmin etdiyinə görə "News.Google" internet xidmətinə məhdudiyyət qoyulub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") məlumat yayıb.

"Onlayn xəbər resursu hərbi əməliyyatlarla bağlı etibarsız məlumatları özündə əks etdirən çoxsaylı nəşr və materiallara girişi təmin edib. Bu səbəbdən Rusiya Baş Prokurorluğunun sorğusu əsasında "Roskomnadzor" "News.Google" internet xidmətinə girişi məhdudlaşdırıb”, - məlumatda bildirilir.

"Roskomnadzor" xatırladıb ki, ölkə qanunvericiliyi Rusiya Silahlı Qüvvələri ilə bağlı bilərəkdən yalan məlumatın ictimaiyyətə yayılmasına görə cinayət məsuliyyətini nəzərdə tutur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026