Rusiyanın Murmansk vilayətinin Kandalakşa rayonunda yük və sərnişin qatarlarının toqquşması nəticəsində xəsarət alanların və ölənlərin sayı artır.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda Murmansk qubernatorunun müavini və vilayətin səhiyyə naziri Dmitri Panıçev məlumat verib.
Onun sözlərinə görə, hazırda xəsarət alanlaın sayı 5-i uşaq olmaqla 27 nəfərə çatıb.
"Təəssüf ki, xəsarət alanlardan birini xilas etmək mümkün olmadı. Təcili tibbi yardım briqadaları tərəfindən 17 nəfər rayon xəstəxanalarına yerləşdirilib.”, - deyə Panıçev bildirib.
***
18 dekabr, 23:14
Murmansk vilayətində qatarların toqquşması nəticəsində xəsarət alanların sayı 17-yə çatıb.
Bakıvaxtı.az Bu barədə TASS-a səhiyyə qurumlarından məlumat verilib.
***
19:31
Rusiyada qatarların toqquşması nəticəsində 14 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yaralılardan üçünün vəziyyəti ağırdır.
***
18:28
Rusiyada yük və sərnişin qatarları toqquşub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə dəmir yolunun Murmansk ərazisindən keçən hissəsində yerləşən "Knyajnaya" stansiyasında baş verib. Qəza nəticəsində sərnişin qatarının 3 vaqonu və yük vaqonları relsdən çıxıb.
Qatarda 326 sərnişinin olduğu bildirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları gələrək, araşdırmalara başlayıblar. Hazırda zərərçəkənlərin sayı dəqiqləşdirilir. (APA)
















