Rusiya Xarici İşlər Nazirliyi NATO-nun “Sabit Müdafiəçi 2024” hərbi təliminə cavab verib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Rusiya NATO-nun “Sabit müdafiəçi 2024” hərbi təlimlərinə cavab olaraq təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirləri görəcəyini deyib.
Məlumata görə, Aleksandr Viktoroviç Qruşko NATO-nun fəaliyyətinin qəsdən olmayan hərbi insidentlər riskini artırdığını vurğulayıb.
Qeyd edək ki, Şimali Atlantika Alyansı ən böyük təlimlərini Rusiya ilə müharibəyə hazırlıq siqnalı adlandırmaqdan imtina etmişdi.
Mina Mikayılova
















