• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Sabah hava necə olacaq?

CƏMİYYƏT

18 Avqust 2022 | 12:51 | Müəllif: Qalib İbrahimoğlu

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, havanın temperaturu gecə 23-26° isti, gündüz 35-38° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 25-30 % olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR