• Bakı 10° C

    11.84 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Sadıxovla döyüşdə Bonfim favoritdir

İDMAN

10 Dekabr 2024 | 17:16

Sadıxovla döyüşdə Bonfim favoritdir

Azərbaycanlı Nazim Sadıxovla fevralın 15-də Las-Veqasda keçiriləcək döyüşdə braziliyalı İsmael Bonfim favorit hesab olunur.

Bakıvaxtı.az idman.biz-ə istinadla xəbər verir ki, bu, səkkiz qarşılaşmanın keçiriləcəyi "UFC Fight Night" gecəsinin əsas görüşü olacaq.

Bonfim MMA-da 24 döyüş keçirib, onlardan 20-də qalib gəlib. Sadıxovun isə 11 döyüşü var. Onlardan 9-u qələbə, 1-i heç-heçə və digəri məğlubiyyətlə başa çatıb.

Qeyd edək ki, Sadıxov sonuncu görüşünü ötən il noyabrın 11-də Nyu-Yorkda "Madison Square Garden"də rusiyalı Vyaçeslav Borşevə qarşı keçirib. Üç raundluq qarşılaşmanın sonunda hakimlər heç-heçə qeydə alıblar.


SON XƏBƏRLƏR

16 Aprel 2025