• Bakı 12° C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 2.0165

    RUB - 2.1985

Sahibə Qafarova ABŞ-Azərbaycan münasibətlərindən DANIŞDI

SİYASƏT

13 Fevral 2026 | 11:07

Sahibə Qafarova ABŞ-Azərbaycan münasibətlərindən DANIŞDI

ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri tarixi əhəmiyyət kəsb edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

O bildirib ki, bu səfər iki ölkə arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcını işarə edir.

Spiker vurğulayıb ki, belə yüksək səviyyəli səfərlər ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə daha da dərinləşməsinə imkan yaradır və bu əməkdaşlıq möhkəm əsaslara söykənir. İki ölkə arasında imzalanmış xartiya isə strateji tərəfdaşlığın və birgə fəaliyyətin əhatə dairəsini aydın şəkildə müəyyən edir.

Qafarova əlavə edib ki, hazırda bölgəmiz mürəkkəb və sürətlə dəyişən şəraitlə üzləşib və Azərbaycan bu kontekstdə tərəfdaşlıq prinsiplərinə əsaslanır. Eyni zamanda, o qeyd edib ki, Ermənistanla sülh prosesində ABŞ-nin, xüsusilə Prezident Trampın rolunu yüksək qiymətləndirmək lazımdır, çünki bu, regionda stabilliyin möhkəmlənməsinə və uzunmüddətli əməkdaşlıq perspektivlərinin genişlənməsinə töhfə verir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

12 Fevral 2026