• Bakı 12° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Sarkisyan  istintaqa ifadə verdi

DÜNYA

08 Fevral 2023 | 12:37

Sarkisyan istintaqa ifadə verdi

Ermənistanın eks-prezidenti Serj Sarkisyan keçmiş müdafiə naziri, “Ermənistan” blokunun fraksiya lideri Seyran Ohanyanın mənimsəmədə ittiham olunduğu iş üzrə istintaqa ifadə verib.

Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Anna Vardapetyan parlamentdə çıxışında bildirib.

“Bu iş çərçivəsində üçüncü prezident ifadə verib”, - prokuror deyib.

Anna Vardapetyan Seyran Ohanyanın qanun pozuntularına yol verməsi zaman birbaşa Serj Sarkisyanın göstərişi ilə hərəkət etməsinin sübut olunmadığını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR