• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Saturnun peykində həyat ola bilər

DÜNYA

02 Iyun 2023 | 15:53

Saturnun peykində həyat ola bilər

Saturn planetində həyat ola bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Amerika Kosmos və Aeronavtika İdarəsi olan NASA-nın məlumatında bildirilir.

Bu izahın səbəbi James Webb Teleskopu tərəfindən qeydə alınan görüntülərdə Saturnun buzla örtülmüş peykindən kosmosa fışqıran nəhəng su buxarı sütununun təsbit edilməsidir.

Görüntüləri araşdıran astronomlar Saturnun buzlu peyki Enceladusdan kosmosa fışqıran 6600 kilometrlik nəhəng su buxarı sütununu aşkar ediblər. Tədqiqatçıların fikrincə, bu, potensial olaraq yerüstü həyatın əlaməti ola bilər.

NASA-nın verdiyi açıqlamada Saturnun peyki Enseladda çoxlu sayda qeyzerin olduğu, diametri 504 kilometr, sonuncu aşkar edilənin isə kifayət qədər böyük olduğu bildirilib.

Avropa Kosmik Agentliyi qeyzerdən saniyədə 300 litr su fışqırdığını və bunun Olimpiya su hovuzunu bir neçə saata doldurmağa kifayət etdiyini açıqlayıb. Fışqıran su buxarının təxminən 30 faizinin Saturnun “e halqası” ilə eyni nöqtədə yerləşən su halqasını qidalandırdığı müəyyən edilib. Elm adamları Saturnun "potensial ev sahibi ola biləcəyini" araşdırmaqda davam edir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026