• Bakı 11° C

    6.72 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Saxta spirtli içkilər satışda tüğyan edir

CƏMİYYƏT

12 Oktyabr 2024 | 09:46

Saxta spirtli içkilər satışda tüğyan edir

Son günlərdə saxta spirtli içkilər hazırlayan və satışını həyata keçirən qurumlar ifşa edilir. Xüsusilə restoran və şadlıq saraylarında saxta içkilərə rast gəlinir.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, saxta spirtli içkilərin ən böyük ifşası 4 il bundan əvvəl Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən edilib:

“Onlar müəyyən etdilər ki, Azərbaycandakı ən bahalı restoranlarda verilən içkilər əslində saxtadır. Orijinal məhsulun şüşə qabına doldudurulan naməlum mayelər çox bahalı qiymətə satılır. Saxta viski, konyak və digər məhsulların satışı ilə bağlı həbslər həyata keçirildi. Adı çəkilən qurum bu sahədə daha çox işlər görməlidir. Onlar saxta içki satışı və istehsalı ilə məşğul olan şəxsləri yalnız cərimə edib buraxmır, qanuna uyğun şəkildə bütün zəruri addımları atırlar”.

AİB sədrinin fikrincə, bazarın bu seqmenti çox çirklənmiş vəziyyətdədir:

“Ölkədə spirtli içkilərin istehsalına və satışına dair lisenziyalar uzun müddətdir ki, ləğv olunub. Bundan istifadə edən qurumlar da tərkibi naməlum olan saxta içkiləri bazara çıxarırlar. Aksiz markaları da bəzən saxta şəkildə məhsulun üzərinə vurulur. Ona görə də bu sahədə ciddi yoxlamalar aparılmalıdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əl-qolu bağlıdır. Onların istənilən vaxt yoxlama aparmaq imkanları yoxdur. Ona görə də "Qida Təhlükəsizliyi haqqında" Qanunda və adı çəkilən qurumun Əsasnaməsində dəyişikliklər olmalıdır. Onlar qəfildən yoxlama imkanlarına malik olmalıdırlar. Bu olmadığı şəraitdə əlbəttə bazarda saxta və təhlükəli içkilər çoxdur”.


SON XƏBƏRLƏR

11 Noyabr 2024