• Bakı 22° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Şəbnəmdən Vəfanın ünvanına qalmaqallı sözlər: "Biz fəslə baxıb mahnını oxuyuruq"

ŞOU

10 Sentyabr 2024 | 15:27

Şəbnəmdən Vəfanın ünvanına qalmaqallı sözlər: Biz fəslə baxıb mahnını oxuyuruq

"Burada nə Vəfanın, nə də mənim günahım var. Bəstəkar Arzu xanımın da günahı yoxdur. Mahnını bəstəkar mayda mənə satıb, alıb qoydum kənara. Biz fəslə baxıb mahnını oxuyuruq. Tural və Arzu küsüb, ayrılıblar. Hər sevən arasında olur. Tural Vəfaya 3 mahnı atıb, birini seçib. Bu mahnını isə deyib, baxacağam".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Nigar xanım" verilişində deyib. İfaçı illərdir küsülü olduğu Vəfa Şərifova ilə aralarında yaşanan mahnı qalmaqalından danışıb. O, bir mahnının iki şəxsə satılmasına aydınlıq gətirib:

"O, məndə günah görə bilməz. Vəfaya da yazmışam. Gedib oxuyub, atıb kənara. Üzərindən 4-5 mahnı oxuyub, heç yadına da düşməyib. Mən də unutmuşdum. Gördüm ki, Tural mahnını oxuyub, tiktokda paylaşıb. Zəng vurub dedim və sildi. Səhəri gedib dedim ki, yığın hazırlayın. Dedilər ki, Vəfa oxuyub və 3-4 aydır atıb gedib. Dedim, açın qulaq asım. Gördüm bir bəndini oxuyub. Düşündüm ki, Vəfa bəyənə və üstündən keçə? Deməli, bəyənməyib.

Aranjiman edənə dedim ki, zəng elə. Deyəndə yadına düşmədi. Aranjimançı deyəndə ki, Şəbnəm də gətirib, başladı, hə, yutuba da yükləmişəm. Bəstəkarlar Vəfaya dedi ki, mahnı Şəbnəmə satılıb, anlaşılmazlıq olub. Dedilər ki, xahiş edirik oxumayın. Gedib Nadir adlı yutub işlədənlə əlbir olub, mahnını yutubda öz adına keçirib. Hətta müəllif kimi də özünü qeyd edib. Vəfa, sən söz, musiqi yazansan?

Bu, nəyin prinsipidir? Nəyin rəqabətini aparırsan? Başqası oxusaydı, mahnını atıb gedərdi. Burada Şəbnəmin adı var deyə dirəşdi. Tez mahnını yazdırıb, tiktokda yaydı. Vəfa Şəbnəmin atdığı addımı ata bilməz".Axşam.az


SON XƏBƏRLƏR