• Bakı 20° C

    2.65 m/s

“Şəfa”nın yay hazırlıq planı bəlli oldu

İDMAN

08 Iyun 2026 | 18:26 | Müəllif: Subhan Mahmudov

“Şəfa”nın yay hazırlıq planı bəlli oldu

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Komanda iyulun 2-də Bakıda toplanacaq. Hazırlığın ilk mərhələsi paytaxtda keçiriləcək.

İyulun 20-də isə “Şəfa” Qəbələyə yollanacaq. Hazırlığın ikinci mərhələsi avqustun 9-dək burada davam edəcək.

Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək. Qarşılaşmaların tarixi və məkanı barədə əlavə məlumat daha sonra veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026