Bu gün səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin ordumuzun mövqelərini atəşə tutması nəticəsində Laçın şəhəri istiqamətində şəhid olan əsgərimiz Anar Kazımovun doğulduğu Şəmkir rayon Qaracəmirli kəndində, yaşadığı evdə dəfn mərasiminə hazırlıq işləri başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, şəhidin qardaşı Elnur Kazımov bildirib ki, qardaşı ilə bir neçə gün əvvəl telefonla danışıb.
“Dedi mən yaxşıyam, hərşey gözəldir, sinif yoldaşım da burdadır. Məndən narahat olmayın” – deyə, o bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
















