• Bakı 26° C

    3.85 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Şəhriyar Məmmədyarov məğlub oldu

İDMAN

05 May 2022 | 20:37

Şəhriyar Məmmədyarov məğlub oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində mübarizəyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə keçirilən yarışın ilk turunda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 52-ci gedişdə təslim olub.

Turnirdə həmçinin, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Levon Aronyan, Fabiano Karuana, Leyner Dominges (hamısı ABŞ), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan) və Boqdan Danyel-Dyak (Rumıniya) da qüvvəsini sınayır.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026