• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Millimiz Estoniyaya böyük hesabla qalib gəldi

İDMAN

03 Iyun 2022 | 23:20 | Müəllif: Subhan Mahmudov

Millimiz Estoniyaya böyük hesabla qalib gəldi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Azərbaycan komandasının 5:0 hesablı qələbəsi ilə bitib.

Millinin qollarını 3 və 33-cü dəqiqədə Musa Qurbanlı, 49-cu dəqiqədə Rüfət Abdullazadə, 50-ci dəqiqədə Ceyhun Nuriyev, 84-cü dəqiqədə isə İsmayıl Zülfüqarlı vurub.

Qeyd edək ki, Azərbaycan yığması A qrupunda 8 oyundan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb. 9 qarşılaşmanın hamısında məğlub olan Estoniya isə sonuncu - 6-cı yerdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026