“Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Azərbaycana gəlib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Hər kəsə can Azərbaycandan salamlar! Bu gün Bakıda Heydər Əliyevin məzarını, Azərbaycan və Türk Şəhidliklərini ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun! Qardaşlığımızın gözəl havasını birlikdə udduq. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, - deyə Bayraktar bildirib.



















