• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Sərt monetar siyasətin təsirləri davam edəcək

CƏMİYYƏT

13 Noyabr 2023 | 11:16 | Müəllif: Qalib İbrahimoğlu

Sərt monetar siyasətin təsirləri davam edəcək

“2023-cü ildə dünya iqtisadiyyatı azalan xammal qiymətləri, sərt monetar və stimullaşdırıcı büdcə siyasətləri fonunda mülayim templərlə inkişaf edib. İnflyasiya templəri azalsa da, onun hələ də yüksək olması və dünyada geosiyasi-geoiqtisadi qarşıdurmanın artması qlobal iqtisadi artmın sürətlənməsinə mane olub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 13 noyabr tarixli iclasında Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, xammal qiymətlərinin, xüsusən də enerji daşıyıcılarının qiymətlərinin azalması fonunda əksər ölkələrdə inflyasiya göstəricilərində zəifləmə müşahidə edilsə də, faktiki inflyasiya hələ də mərkəzi bankların müəyyənləşdirdikləri hədəfdən yüksək olaraq qalmaqda davam etmişdir. Deputat bildirib ki, qiymət dəyişməsi ölkələr üzrə əhəmiyyətli dərəcədə fərqlənib, orta illik inflyasiya Çin iqtisadiyyatında 0 %-ə-a yaxınlaşdığı halda, Türkiyədə 50%-dən yüksək olub: "İstehlak səbətinin qrupları üzrə aparılmış təhlillər qiymət artımının mallar üzrə zəiflədiyini göstərsə də, xidmətlər sektorunda tələbin aktivliyi fonunda qiymət artımının daha qalıcı olduğunu göstərmişdir. Beynəlxalq təşkilatların proqnozuna əsasən 2023-cü ildə qlobal iqtisadi artımın 2.5-3.0% arasında, 2024-cü ildə isə 2.1-2.9% arasında olması gözlənilir. 2023-cü ilin yanvar-sentyabr aylarında neftin 1 barelinin orta aylıq qiyməti illik müqayisədə 21,0 ABŞ dolları və ya 20,7% azalaraq 80,6 ABŞ dolları təşkil etmiş, 2024-cü ildə neftin 1 barelinin dünya bazarlarında orta qiymətinin 80-95 dollar olacağı proqnozlaşdırılır. Amma eyni zamanda Yaxın Şərqda baş verən hadisələr fonunda tamamilə fəqrli səhnə ilə üzləşəcəyimiz də istisna deyil”.

T.Mirkişili qeyd edib ki, beynəlxalq təşkilatların hesablamarına əsasən növbəti ildə sərt monetar siyasətin təsirlərinin davam edəcəyi, eləcə də tələb təzyiqlərinin səngiyəcəyi gözləntiləri ilə qlobal miqyasda inflyasiya proseslərinin mülayim xarakter alacağı proqnozlaşdırılır: “Bu proqnozlara görə Qlobal orta illik İnflyasiyanın bu ilin sonuna 6.9%, 2024-cü ildə isə 5.8% olacağı proqnozlaşdılır. Artan əmək xərcləri, xammal bazarlarında, o cümlədən enerji məhsulları bazarında yüksək volatillik inflyasiya risklərinin hələ də aktual olacağını göstərir. Bu risklər fonunda fiskal və monetar siyasətin sinxron şəkildə aparılmasının növbəti ildə də zəruri olacağı ethimal edilir. 2024-cü ildə qlobal dövlət borcunun artaraq onun ÜDM-ə nisbətinin inkişaf etmiş ölkələr üzrə 112,7%, inkişaf etməkdə olan ölkələr üzrə isə 70,1% olacağı proqnozlaşdırılır. Qeyd edim ki, Azərbaycanda bu göstərici 14.5%-dir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR