• Bakı C

    7.22 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Şikayətlərinə cavab verilmədi, Azərbaycan bayrağını TƏHQİR ETDİ - VİDEO

CƏMİYYƏT

06 Fevral 2026 | 09:29

Şikayətlərinə cavab verilmədi, Azərbaycan bayrağını TƏHQİR ETDİ - VİDEO

Sosial mediada bir azərbaycanlı qadının Azərbaycan bayrağına təhqiramiz hərəkətlər etdiyi görüntüləri yayımlanıb.

Bakıvaxtı.az xəbər verir ki, qadın videoda şikayətlərinə baxılmadığını, xahişlərinin yerinə yetirilmədiyini iddia edərək, hirsini bayrağımızı cırmaqdan çıxır.

Hadisə sosial mediada geniş müzakirələrə səbəb olub, istifadəçilər bayrağa hörmətsizlik edən qadının hərəkətini pisləyərək, bunun hüquqi qiymət almasını tələb ediblər.

Qeyd edək ki, bu cür hərəkətlər Cinayət Məcəlləsinin 324-cü maddəsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sözügedən görüntüləri təqdim edirik.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Fevral 2026