• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

20 Aprel 2023 | 15:28 | Müəllif: Qalib İbrahimoğlu

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki,  aprelin 21-də gündüz şimal-qərb küləyinin 15-20 m/s, axşama doğru arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

.Azərbaycanın rayonlarında aprelin 21-i əvvəlcə şimal və qərb rayonlarında, gün ərzində isə digər ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Aprelin 22-si və 23-də isə gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, 21-də bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Aprelin 24-ü axşam qərb rayonlarından başlayaraq 25-i axşamadək yenidən hava şəraitinin yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimalı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026