• Bakı 8° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Deputatlar  Sankt-Peterburqa gedəcəklər

CƏMİYYƏT

20 May 2023 | 13:40

Deputatlar Sankt-Peterburqa gedəcəklər

Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün mayın 22-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Bu barədə Bakıvaxtı.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputat Fəzail Ağamalı MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak edəcək. Tədbirdə dövlətin seçki suverenliyinin təmin edilməsi və qorunması, elektron səsvermənin müşahidəsi, rəqəmsal mühitdə vətəndaşların hüquqlarının təmin edilməsi və qorunması üzrə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, dövlətin ekoloji siyasətinin yerli səviyyədə həyata keçirilməsi və digər mövzularda müzakirələr aparılacaq.

Deputat Jalə Əliyeva qurumun Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının iclasına qatılacaq. Yığıncaqda “Orqanik kənd təsərrüfatı haqqında”, “Atmosfer havasının qorunması haqqında”, “Torpağın mühafizəsi haqqında”, “Ekoloji monitorinq haqqında” model qanun layihələrinə və digər məsələlərə baxılacaq.

Səfər mayın 25-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR