• Bakı 23° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Ağdamda kütləvi məzarlıq aşkarlandı - YENİLƏNİB

CƏMİYYƏT

19 Iyun 2023 | 12:44

Ağdamda kütləvi məzarlıq aşkarlandı - YENİLƏNİB

Baş Prokurorluq Ağdamda aşkarlanan kütləvi məzarlıqla bağlı məlumat yayıb.

Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, iyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

 

11:22

Ağdamda kütləvi məzarlıq aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.

Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.

Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026